Zəmanət şərtləri


(“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” AR Qanu-nuna müvafiq olaraq)

Hörmətli Müştəri!

Sizə məlumat veririk ki, Arçelik markasının bütün məhsulları “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” AR qanununa müvafiq olaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin uyğunluq sertifikatları ilə  təmin olunmuşdur.

ÜMUMİ MÜDDƏALAR:

Arçelik markasının bütün məhsullarına bu talonda göstərilən standartlar çərçivəsində (və ya şərtlər daxilində) 3 ilədək zəmanət verilir və istehsalçının ucbatından yaranmış bütün nasazlıqlar Servis Mərkəzi tərəfindən ödənişsiz təmir olunur. Yaranmış nasazlığın istehsalçı ucbatından baş verməsini yalnız Arçelik Servis Mərkəzi müəyyən edir. Kondisioner, paltaryuyan və qurudan maşın, qabyuyan maşın və quraşdırılması Servis Mərkəzi tərəfindən həyata keçirilən digər məhsullara zəmanət Servis Mərkəzinin mütəxəssisləri tərəfindən, digər hallarda isə satış etmiş mütəxəssislər tərəfindən verilir. Zəmanət müddəti malın satıldığı gündən hesablanır, zəmanət müddəti bitmiş məhsullara Servis Mərkəzi tərəfindən xidmətin göstərilməsi ödənişlidir. Servis mərkəzinə qəbul edilmiş məhsullar 14 gün müddətinə təmir olunur, əgər ehtiyyat hissəsinin olmaması və fabrikə sifariş ehtiyacı yaranarsa, bu müddət 90 günədək uzadıla bilər. Zəmanətli malların təmiri yalnız Servis Mərkəzində həyata keçirilir. Zəmanətli iri qabaritli malların müəyyən məsafə daxilində Servis Mərkəzinə gətirilməsi Servis Mərkəzinin üzərinə düşür, digər hallarda  isə müştəri məhsulu Servis Mərkəzinə öz hesabına gətirməlidir.

ZƏMANƏTƏ DAXİL OLMAYAN MADDƏLƏR:

1. Arçelik markasının istismar təlimatında göstərilən istifadə və saxlama qaydalarına, çatdırılma və quraşdırılma Servis Mərkəzi tərəfindən həyata keçirilməyən məhsullarda  çatdırılma və quraşdırılma qaydalarına riayət edilmədikdə

2. Zərbə, yerə düşmə, mexaniki zədə və ya hər hansı xarici təsir nəticəsində yaranmış zədə, daxilinə kənar cismin, həşərat, maye və digərlərin daxil olması nəticəsində yaranan nasazlıqlar.

3. Elektrik şəbəkəsinin qeyri-stabilliyi (tezliyin nominal tezlikdən 0.5%dən, gərginliyin isə 10%dən çox artıb-azalması), o cümlədən elektrik sıçrayışları və üç fazalı məhsullarda toprağa ötürmənin edilməməsi zamanı. Qeyri-stabil elektrik şəbəkəsinə qoşulma zamanı bunun qarşısının alınması üçün istehsalçı stabilləşdirici aparatlardan istifadə etməyi məsləhət görür. Su və qaz təchizatları zamanı yaranmış nasazlıqlar. Qaz ilə işləyən məişət texnikasında qaz tənzimləyicinin (reduktor) qoyulması vacibdir, əksi təqdirdə yaranan nasazlıqlar zamanı zəmanət verilmir.

4. Təbii fəlakət, yanğın və digər texnogen proseslər nəticəsində yaranan nasazlıqlar.

5. Paltaryuyan maşınlarda pompa və filterlərdə yığılan çirkab-lardan, kodisionerlərdə filterlərin tozlanmasından, tozsoran motor-larının toz dolmasından yaranan, saçqurudanların motorlarının və digər kiçik ev alətlərinin çirklənməsindən, o cümlədən su kirəcin-dən yaranan nasazlıqlar.

6. Məsafədən idarəetmə cihazları (pultlar), batareyalar, audio və video başlıqlar

7. Məhsulev şəraitində istifadə olunmadıqdavə yaqeyri-məişət şəraitində istifadə olunduqda

 

ZƏMANƏTİN POZULMASI HALLARI:

1. Zəmanət talonunun itirilməsi, üzərində hər hansı hissənin pozulması

2. ServisMərkəziilə razılaşdırılmadanüçüncü şəxslərinmüda-xiləsi

 

ƏLAVƏ MÜDDƏALAR:

Zəmanət talonunu qəbul edərkən mütləq diqqətlə oxuyun və tam doldurulmasına əmin olun. Kondisionerlərin quraşdırılması qiymə-tinə 3 metrdən əlavə (19000BTUdan yuxarı kondisionerlərdə 5 metrdən əlavə) işlənmiş borunun qiyməti daxil deyil. Servis Mərkə-zinə edilən müraciətlər zamanı nasazlıq olmaması müəyyən olunarsa, çağırışa görə əlavə ödəniş tələb olunacaq.

Diqqət: Hər hansı nasazlıq yaranarsa, yalnız Servis Mərkəzinə müraciət edin. *3344 Servis Mərkəzinin əlaqə nömrəsindən başqa digər əlaqə nömrələrinə edilən zənglər və müraciətlər qəbul edilməzdir və bu halda sizə xidmət göstərilməyəcək.

 

ZƏMANƏT MÜDDƏTİ!

Soyuducu, Paltaryuyan maşın, Qabyuyan maşın, Qurudan ma-şın, Solo Soba, Ankastre Soba, Qazüstü, Aspirator və Televizor-lara 3 il zəmanət verilir. Digər məhsullara isə 1il zəmanət verilir.

 

Arçelik markasının məhsullarını seçdiyiniz üçün sizə təşəkkü-rümüzü bildiririk.

Bildirmək istəyirik ki, Servis xidmətimiz mərkəzləşdirilmiş forma-da Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərir. Göstər-diyimiz xidmətin keyfiyyətinin ölçülməsi məqsədilə hər hansı xoşagəlməz hallarla rastlaşdığınız təqdirdə *3344 çağrı mərkəzinə məlumat verməyiniz xahiş olunur.