• Kredit!
  • İsidicilər!
  • Yeni il - Yeni əşya!
  • Cehiz Kampaniyası!
  • Kredit!

Sevgi ilə yaratdıq, ilklərə imza atdıq!

Arçelik Aqua-Therm Baku 2016 sərgisində iştirak etdi!

Türkiyə istehsalı olan elektron məişət avadanlıqlarında soyuducu, paltaryuyan, qabyuyan, televizor, kondisioner, isitmə-soyutma və havalandırma sistemləri, kiçik ev alətləri və başqa məhsullarının topdan və pərakəndə satışı ilə rəqibləri arasında qabaqcıl yerlərdən birinə sahib olan Arçelik, bu il 9-cu Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf Mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji Sərgisində uğurla iştirak edir.


Öz iş prinsipində müştəri məmnuniyyətini əsas tutan Arçelik, 22 ildir Bakıda və regionlarımızda olan mağazalarında müştərilərinə zövqlə xidmət etməkdədir.


Yaxın Şərq və Avropanın ən böyük kondisioner fabrikinə sahib olan Arçelik, istehsal gücü və məhsul muxtəlifliyi ilə Azərbaycanda həm ev tipi kondisionerlər, həm ticarət obyektləri üçün olan kondisionerlər, həmdə isitmə-soyutma və havalandırma sistemlərini inşaat sərgisində stand açaraq 4 gün boyunca ziyarətçilərinə təqdim edəcək. Məişət texnikasında keyfiyyətli və geniş çeşidli məhsullarıyla qürur duyan Arçelik, “İsitmə - Soyutma və Havalandırma sahəsində ilk seçim olma” vizyonuna əmin addımlarla yaxınlaşmaqdadır. Şirkət Türkiyədə və dünyada dəfələrlə mükafatlara layiq görülmüş “Arçelik” markasıyla xöşbəxtliyə və yeniliyə imza atmaqda davam edir.

Öz iş prinsipində müştəri məmnuniyyətini əsas tutan Ultratek MMC - Arçelik satış və satışdan sonrakı xidməti ilə müştərilərin etibarını qazanmışdır.